Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda ilin doqquz ayında görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

0

  • 17.10.2017-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun rayonda ilin doqquz ayında görülən işlərə  və qarşıda duran vəzifələrə həsr olunmuş həsr olunmuş hesabat iclası keçirilib.
    Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak ediblər.
    Şahmar Usubov Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş və yekun nitqini hesabat iştirakçılarına çatdırıb. Ölkədə gedən hərtərəfli və sürətli inkişafı Xocalı rayonunun inkişafı və əhalinin rifah halının artması ilə əlaqələndirib. Rayon rəhbəri bildirib ki, məşğulluğun artırılması üçün Dövlət Proqramları və layihələr öz bəhrəsini verməkdədir. Ölkədə bütün sahələr inkişaf edir. Aşağı Ağcakənd qəsəbəsi ərazisində 5000 ədəd tut ağacı tingi əkilmişdir. Əkilən tinglərə lazımi qulluq edilmişdir və gələn il üçün artıq 500 kq barama istehsalı nəzərdə tutulub.
    Təhsil şöbəsinin müdiri Şakir Əliyev məruzə ilə çıxışında ölkə təhsilində aparılan islahatlardan, rayonun təhsildə qazandığı nailiyyətlərindən söhbət açıb. Bildirib ki, Prezidentimizin qaçqın və məcburi  köçkünlərə, təhsil sahəsinə diqqəti və qayğısı  sayəsində  rayonumuzda olan 12 tam orta məktəbin 9-u müasir tipli binalarda fəaliyyət göstərir.  Xocalı rayonu üzrə 2017-ci ildə 102 məzundan 48 nəfəri ali məktəblərə qəbul olmuşlar. Onlardan 7 nəfəri 500-dən yuxarı, 3 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Şagirdlərimizin hamısı 100 % pulsuz dərsliklərlə təmin olunmuşlar.
    Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov qeyd etdi ki, 2017-ci ilin 9 ayı ərzində vətəndaşlar tərəfindən mərkəzə 80 nəfər müraciət etmişdir, onlardan 53 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır. 2017-ci ilin 9 ayı ərzində mərkəzə daxil olmuş boş (vakant) iş yerlərinə, 29 nəfər işaxtarana göndəriş vərəqi verilmişdir. Olnardan 15 nəfəri daimi işlə təmin olunmuşdur. Özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli sərəncamının həyata keçirilməsi məqsədi ilə tələb olunan şərtlər əsasında rayon əhalisi arasından 9 nəfəri seçilərək təlimlərə cəlb olunmuşdur. Onlardan 6 nəfərinin biznes planı Beynəlxalq Əmək Təşkilatının və Dövlət Məşğulluq Xidmətinin  nümayəndələrindən təşkil edilmiş komissiya tərəfindən müsbət qiymətləndirilmişdir. Həmin şəxslərin biznes planlarına uyğun olaraq 3 nəfərinin hər birinə 1 baş yanı balalı inək, 1 baş boğaz düyə, 1 baş düyə, 2 nəfərinin hər birinə kökəltmə üçün 4 baş dana, 1 nəfərinə isə 18 baş yanı balalı qoyun verilmişdir.
    "54 №li Yol İstismarı" MMC-nin  baş mühəndisi Nizami Əmiraslanov idarənin gördüyü işlərdən məlumat verib. Nizami Əmiraslanov bildirib ki, Cənab Prezidentimiz 2017-ci ilin "40 yol" layihəsinin icrası üçün Sərəncam vermişdir. Sərəncam əsasında yüzlərlə kəndi birləşdirən 40 kənd yolunun tikilməsi nəzərdə tutulmuşdur. Bu layihəyə əsasən, iki yolun tikintisi - uzunluğu 29, 5km olan Goranboy -Tərtər avtomobil yolu, uzunluğu 25,3 kilometr olan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi bizim idarəyə həvalə edilmişdir. Bununla bərabər, 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən yenidən qurulan Goranboy - Yuxarı Ağcakənd yolunda yekun işlər aparılır.
    Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov məruzələrə münasibət bildirib və hesabat iclasının sonunda rayonun idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verib.

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib38 dəfə
    Rayonumuzda ilin doqquz ayında görülən işlərə qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

    Maraqlı gələ bilər
    38
    30
    32
    0
    28